Naxçıvanda 4 min abonentin “smart-kart tipli” sayğ...
09:36 23.04.2026
0
0
0
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bir qrup könüllü gəncin iştirakı ilə Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyinə ekskursiya təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirin əsas məqsədi şəhidlərimizin əziz xatirəsini yad etmək, 20 Yanvar faciəsinin tarixi gerçəkliklərini gənc nəsil arasında təbliğ etmək olub.
Çıxışlarda 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olduğu xüsusi vurğulanıb. Bildirilib ki, həmin faciə xalqın iradəsini sındırmamış, əksinə, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini daha da möhkəmləndirmişdir. Qeyd olunub ki, bu gün müstəqil və qalib Azərbaycan dövləti şəhidlərin xatirəsini daim uca tutur, onların gənc nəslə miras qoyduğu vətənpərvərlik ideallarını isə ölkənin gələcəyinin əsas mənəvi dayağı kimi yaşadır.
Muzey ziyarəti zamanı diqqətə çatdırılıb ki, 20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının sərhəd kəndləri də erməni silahlı dəstələrinin işğalçı hücumlarına məruz qalıb. Həmin dövrdə Naxçıvanda və Bakıda baş verən qanlı hadisələri əks etdirən çoxsaylı eksponatlar Xatirə Muzeyində nümayiş etdirilir. İştirakçılar muzeyin ekspozisiyası ilə yaxından tanış olub, onları maraqlandıran məsələlərlə bağlı ətraflı məlumatlandırılıblar.
Digər xəbərlər