Türkiyə XİN: Kipr məsələsinin ədalətli həlli yalnı...
23:33 31.01.2025
0
0
0
NAXÇIVAN :
01 Fevral 2025, Şənbə
“Şərq qapısı” xəbər verir ki, 2 fevral - Gənclər Günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Culfa rayonunda da müxtəlif formatlı tədbirlər keçirilib. Culfa Rayon Mədəniyyət Sarayında bu gün keçirilən tədbirdə rayonun elm, mədəniyyət, təhsil, idman və ictimai həyatında fərqlənənlər, həmçinin idarə, təşkilat və müəssisələrin gənc əməkdaşları iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elçin Məmmədəliyev çıxışında qeyd edib ki, “Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli Liderimiz 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ölkəmizdə ilk dəfə Gənclər Forumu keçirildi və daha sonra Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Bu gün gənclərə, gələcək nəslin hərtərəfli inkişafına çox böyük önəm verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclərin sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir”.
Tədbirdə çıxış edən Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədr müavini Cəlal Həsənli, Culfa Rayon Mədəniyyət Şöbəsində fəaliyyət göstərən Gənclər Birliyinin sədri Emil Vəliyev qeyd ediblər ki, bu gün rayonumuzun gəncləri Culfa rayonunun ictimai-mədəni həyatında fəal iştirak edirlər və həmçinin elm, təhsil, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin fəaliyyəti daim ön plana çəkilir.
Sonda rayonda fərqlənən gənclərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Tədbir bədii hissə ilə yekunlaşıb.
Digər xəbərlər