Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları...
15:14 02.02.2025
0
0
0
NAXÇIVAN :
02 Fevral 2025, Bazar
“Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”.
Heydər Əliyev
Ümummilli Lider
Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Elə bu siyasətlə də Heydər Əliyev hər zaman gənc nəslə önəm vermiş, onların təhsili, tərbiyəsi, yüksək vətənpərvər ruhda yetişməsi üçün xüsusi məktəblər, idman kompleksləri tikdirib gənclərin istifadəsinə vermişdir. Həmçinin yüksək biliyə malik gənclərin xaricdə təhsil almalarında köməklik göstərmişdir. Ağıllı, savadlı, hərtərəfli yetişən gənc nəsil dövlətin gələcəyidir. Gənclər nə qədər yüksək savada, güclü vətənpərvərliyə malik olsa, dövlətin hər bir strukturunda savadlı gənclər yer alsa, dövlət daima inkişaf edən ölkələr sırasında olar. Ulu Öndər hər zaman nitqində gənclər və Azərbaycanın bir olmağından danışırdı: “Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Heydər Əliyevin gənclərə olan inam və rəğbətinin nəticəsidir ki, 2020-ci ildə həmin gənclər torpaqlarımızın azadlığı uğrunda çəkinmədən, şücaətlə böyük qəhrəmanlıq göstərərək, öz canlarını heçə sayaraq torpaqlarımızı azad etdilər. O gənclər ki ölümə getdiklərini bildikləri halda oxuya-oxuya, gülə-gülə getdilər. Çünki onlar vətənpərvər ruhda yetişmiş gənclər idi.
2020-ci ildə müharibənin əsas cəhbəsində əksəriyyət gənclərimiz Heydər Əliyevin yaratdığı hərbi liseylərin məzunları idi. Bu da Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən gənclər siyasətinin bir göstəricisidir. Gənclərin əsl vətəndaş kimi formalaşması dövlətimizin uğuru və gələcəyə inamla addımlamasıdır.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldur və Azərbaycanı layiqincə təmsil edirlər.
Pərvin NƏCƏFSOY
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər