NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Firudin Qurbanov: “ Naxçıvanda təhsil konfransı səmərəli keçdi, səslənən hədəflər ətraflı müzakirə olundu”

...

Bu gün muxtar respublikada təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi. Əsas məqsəd Naxçıvanda təhsil sahəsində görülən işlər, aparılan islahatlar, əldə olunan nəticələr, eyni zamanda gələcəkdə təhsil sisteminin qarşısında duran vəzifələri müzakirə etməkdir. Gələcəkdə hansı layihələri həyata keçirmək üçün istiqamətləndirməkdir. Ümumilikdə, onu demək olar ki, Naxçıvanda təhsil konfransı səmərəli keçdi, səslənən hədəflər çox ətraflı müzakirə olundu. 
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvanda təhsil işçilərinin sentyabr konfransından sonra Azərbaycan elm və təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə müsahibəsində söyləyib. 
Nazir müavini deyib: “Bildiyimiz ki, ölkəmizdə son dövrlərdə təhsil sahəsində bir sıra islahatlar həyata keçirilir. Və bu, ilk növbədə, təhsilin infrastrukturunun təkmilləşdirilməsi ilə bağlıdır. Yeni məktəblər tikilib istifadəyə verilir, əsaslı təmir olunur. 44 günlük müharibədən sonra təhsil Qarabağa da qayıdıb. Qısa müddətdə azad olunmuş bölgələrdə yeni məktəb binaları tikilib istifadəyə verilib. Fərəhləndirici haldır ki, onlar artıq fəaliyyətə başlayıb. Yeni məskunlaşan vətəndaşlar, ailələrin uşaqları bu imkanlardan istifadə edirlər. Bir neçə gündən sonra Xankəndidə Qarabağ Universitetinin açılışı olacaq. Hesab edirəm ki, bu ölkəmiz üçün çox mühüm hadisədir. Bu onu göstərir ki, ölkəmizin iqtisadi inkişafı yüksək səviyyədədir və bu imkan yaradır ki, Qarabağda çoxlu infrastruktur layihələri reallaşdıraq, ən müasir tələblərə cavab verən təhsil müəssisələri yaradaq”.

Nəşr edilib : 10.09.2024 13:46