ANAMA-nın əməkdaşı minaya düşüb
13:34 28.04.2025
0
0
0
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadiy Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Bakıya gəlib.
Bu barədə Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən məlumat verilib.
Onlar bu gün AŞF, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak edəcəklər.
Baku Kristal Zal-ın Sərgi Mərkəzində baş tutacaq mərasim saat 14-30-da başlayacaq.
Xatırladaq ki, festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.
Festival həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə də daxildir.
Digər xəbərlər