NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

FHN-in bütün növ texnika və avadanlıqları payız-qış istismar rejiminə keçirilir

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı texnikaları və avtomobil nəqliyyatı vasitələri payız-qış mövsümi istismarı şəraitinə keçirilir.
"Şərq qapısı" xəbər verir ki, mövsümi istismarı şəraitinə keçid mərhələsində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayında və Dövlət Yanğından Mühafizə İdarəsinin şəhər və rayon hissələrində xüsusi təyinatlı texnikaların və avadanlıqların saz vəziyyətdə saxlanması, təlimata uyğun istifadə və istismar olunması, həmçinin mövsümə uyğun düzgün texniki qulluğun göstərilməsi ilə bağlı məşğələlər keçirilib, şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilib. 
Məşğələlər zamanı hissə və mexnizmlərin dəyişdirilməsi praktiki olaraq şəxsi heyətə göstərilib. Həmçinin mövsümü istismarı şəraitinə keçid dövrünün təyin olunan müddətdə başa çatdırılması və təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı komandir-rəis heyətinə tapşıqırlar verilib.
Sonra qurumlarda xüsusi təyinatlı xilasetmə, yanğınsöndürmə və yük avtomobillərinə, digər mühəndis texnikalarına, mühəndis, xilasetmə avadanlıqlarına, su nasoslarına, xilasedici qayıqlara, dalğıc avadanlıqlarına, səhra mətbəxlərinə,  eləcə də radiasiya-kimya kəşfiyyatı cihazlarına və rabitə vasitələrinə planlı şəkildə mövsümi qulluğun göstərilməsinə başlanılıb.
Kompleks tədbirlər çərçivəsində xüsusi avtomobil texnikaların yanacaq-sürtgü materialları və filtrləri mövsümi tələblərə uyğun olaraq dəyişdirilir, bütün hərəkət hissələri yağlanır, mühərriklərin yağı dəyişdirilir, elektrik və hidravlik sistemləri, hissə və mexanizmləri planlı şəkildə yoxlanılır.
Qeyd edək ki, xüsusi təyinatlı texnikaları və avtomobil nəqliyyatı vasitələrin payız-qış mövsümündə istismarına keçidin keyfiyyətli keçirilməsi, sutkanın hər vaxtında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılmasına, həmçinin şəxsi heyətin bu mövsümdə fasiləsiz təminatına imkan yaradacaq.

Nəşr edilib : 30.10.2024 17:21