NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

FHN: Füzulidə dağlıq ərazidə yanğın nəzarətə götürülüb

...

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nəşr edilib : 24.07.2025 11:09