İlham Əliyev Azərbaycanın minifutbol üzrə dünya çe...
20:34 02.06.2025
0
0
0
Naxçıvan şəhərində yerləşən Əcəmi seyrəngahında Uşaqların Müdafiəsi Gününə həsr olunmuş "Uşaqların Rəngli Dünyası" festivalı 2025 öz rəngarəngliyi və əyləncəli anları ilə davam edir.
İstər böyüklər, istərsə də uşaqlar tərəfindən böyük maraqla qarşılanan bu festivalın balaca iştirakçıları arasında Təvəkkül və Rəhim Tağızadə qardaşları da var.
Təəssüratlarını bizimlə bölüşən Rəhim müsahibə fürsətindən istifadə edərək valideynlərinə incə bir mesaj da ötürür:
"Buradakı oyunlar çox maraqlıdır, əyləncəlidir. Festivaldan sonra istəyirəm ki, anam mənə nağıl kitabı alsın. Evə kitablarla qayıtmaq istəyirəm. Ən çox sevdiyim isə buradakı çoxlu uşaqlardır. Onlarla dostlaşıb birlikdə oyun oynayıram."
Gələcəkdə pilot olmaq istəyən Rəhimə “Uşaq olmaq yaxşıdır, yoxsa böyük?” sualını ünvanladıqda isə tərəddüdsüz cavab verir: "Uşaq olmaq!" Bu seçiminin səbəbini də sadə və gülərüz şəkildə izah edir:
"Çünki biz uşaq olanda bizə daha çox hədiyyə alırlar..."
Rafiq Təhməz
Digər xəbərlər