Gömrük nəzarətindən gizlədilən dərman vasitələri a...
12:43 08.09.2026
0
0
0
NAXÇIVAN :
08 Sentyabr 2026, Çərşənbə axşamı
Avropa ölkələrində Azərbaycana maraq yalnız enerji məsələləri ilə məhdudlaşmır. Ölkəmizin regionda artan rolu təhlükəsizlik, geosiyasət, nəqliyyat, logistika və digər istiqamətlərdə də Avropa tərəfdaşlarının diqqətini cəlb edir.
"Şərq qapısı" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, BMTMM Avropa tərəfdaşları ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə fikir mübadiləsinin genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu məqsədlə qarşılıqlı müzakirələrin aparılması və beynəlxalq tədbirlərin təşkili mühüm platforma rolunu oynayır.
“Konfransda iştirak edən xarici qonaqların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri də nəzərdə tutulub. Səfər zamanı qonaqlar Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
Bu səfərlər və birbaşa təmaslar xarici ekspertlərin regionda mövcud vəziyyətlə yerində tanış olması baxımından əhəmiyyətlidir. Belə görüş və müzakirələr Azərbaycanla Avropa ölkələri arasında daha geniş əməkdaşlığın inkişafına töhfə verir”, - deyə Fərid Şəfiyev bildirib.
Onun sözlərinə görə, İsveçrənin neytral dövlət kimi mövqeyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Konfransda yalnız İsveçrədən deyil, İspaniya, Almaniya və digər Avropa ölkələrindən də alim və ekspertlərin iştirak etməsi tədbirin beynəlxalq əhatəsini genişləndirir.
F.Şəfiyev vurğulayıb ki, Azərbaycan və Avropa arasında qarşılıqlı maraq doğuran məsələlərin açıq və akademik müstəvidə müzakirəsi tərəflərin bir-birini daha yaxşı anlamasına, qarşılıqlı əlaqələrin inkişafına və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edir.
Digər xəbərlər