NAXÇIVAN :

23 Iyun 2025, Bazar ertəsi

Fərid Qayıbov “Yaşayan Əfsanə” tituluna sahib məşhur döyüş ustası ilə görüşüb

...

Gənclər və idman naziri Fərid Qayıbov dünyanın məşhur döyüş ustalarından biri - əfsanəvi İp Manın tələbəsi, “Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvoku qəbul edib.
"Şərq qapısı" xəbər verir ki, görüş zamanı Azərbaycanda döyüş sənətlərinin inkişafı, bu sahəyə olan marağın artırılması və qarşılıqlı təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.
Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Vinq Çun Federasiyasının prezidenti Asif Sayadov, vitse-prezidenti İlqar Mustafayev, Türkiyə Vinq Çun Akademiyasının prezidenti Murat Kaplan, İngiltərə Vinq Çun Federasiyasının təmsilçisi Cefri Lezard da iştirak ediblər.

Nəşr edilib : 23.06.2025 19:18