Baş direktor: Bakı limanında yükaşırmanın 120 min ...
22:10 12.05.2026
0
0
0
NAXÇIVAN :
13 May 2026, Çərşənbə
“Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabı ədliyyə və hüquq sisteminin təkamülü, inkişafı baxımından çox dəyərli əsərdir.
Müstəqil və suveren hüquqi dövlətin ən vacib atributlarından biri sözsüz ki, ədalətli dövlət və cəmiyyət münasibətləri, məhkəmə-hüquq sistemidir. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider yeni Konstitusiyasının qəbul olunmasının vacibliyini zəruri hesab edirdi.
“Şərq qapısı” xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabının təqdimat mərasimində çıxış edərkən deyib.
Fərhad Abdullayev vurğulayıb ki, 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Konstitusiyada hüquqi və dünyəvi dövlətə xas atributların təsbit olunması, eləcə də sonrakı bütün qanunların Konstitusiyaya əsaslanması dövlətimiz üçün olduqca vacib idi və bütün bu proseslərə şəxsən Ulu Öndər rəhbərlik edirdi. Ümummilli Lider Heydər Əliyev Konstitusiya komissiyasına rəhbərlik edərkən bu sənədin həm beynəlxalq standartlara cavab verməsinə, həm də bizim milli-mənəvi dəyərlərimizi özündə əks etdirməsinə xüsusi diqqət yetirirdi.
Sədr bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dövlət idarəçiliyinin bütün istiqamətlərində olduğu kimi, məhkəmə-hüquq, həmçinin ədliyyə sisteminin formalaşdırılması və inkişafında da müstəsna rol oynayıb. Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanda qanunun aliliyinə, insan hüquq və azadlıqlarının təmin olunmasına, peşəkar hüquq sisteminin qurulmasına xüsusi önəm verilib. Respublikamızda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı hüquqi islahatlar, məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, rəqəmsallaşma və insan hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurlu davamıdır.
Fərhad Abdullayev vurğulayıb ki, Fikrət Məmmədovun müəllifi olduğu “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” kitabında yer alan faktlar, tarixi materiallar və təhlillər yalnız hüquq ictimaiyyəti üçün deyil, dövlət idarəçiliyi və hüquq tarixini araşdıran hər bir oxucu üçün mühüm mənbə rolunu oynayacaq, bu nəşr gələcək nəsillər üçün dəyərli hüquqi və tarixi irs nümunəsi olacaqdır.
Digər xəbərlər