NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Fənn olimpiadalarının rayon (şəhər) mərhələsində muxtar respublikanın ümumtəhsil məktəblərindən 2200-ə yaxın şagird iştirak edib

...

"Şərq qapısı" xəbər verir ki, dekabrın 22-də ümumtəhsil məktəblərinin şagirdləri üçün respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.  8-11-ci siniflər arasında keçirilən olimpiada – Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə təşkil olunub.
 Naxçıvanda 8 mərkəzdə keçirilən olimpiadada muxtar respublikanın ümumtəhsil məktəblərindən 2179 şagird iştirak edib.   
Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünəinam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Nəşr edilib : 22.12.2024 14:03