Süd istehsalçılarına yeni dəstək mexanizmi: Hər to...
11:51 07.09.2026
0
0
0
COP29 çərçivəsində iqlim maliyyələşdirilməsini illik 1.3 trilyon dollara çatdırmağı hədəfləyən Bakı-Belen Yol Xəritəsi məhz bu şəhərdə formalaşdı. Paris Sazişinin 6-cı maddəsi üzrə karbon bazarlarının qaydaları yekunlaşdırıldı. Bu irs bizim üçün möhkəm bünövrə yaradıb.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-nın (BCAW2026) açılış mərasimində COP31-in icraçı direktoru Fatma Varank söyləyib.
F.Varank bildirib ki, iyulda Şamaxıda keçirilən yüksəksəviyyəli görüş danışıqlar qruplarını eyni masa ətrafında topladı və etimadın qurulmasına töhfə verdi. O, bu həftə Bakıda növbəti mərhələni inşa etdiyini diqqətə çatdırdı.
“Biz COP31-i "İcraat COP-u" kimi dəyərləndiririk. İyun ayında keçid, təmiz enerji, sıfır tullantı, iqlimə dözümlülük, şəhərlər, sənayeləşmə, gənclər, təhsil, təhlükəsizlik, dinamik səhiyyə sistemləri və real sinerji kimi 10 prioritet mövzunu əhatə edən COP31 Fəaliyyət Gündəliyini elan etdik. Bu gündəlik iyunda Bonda icraatı sürətləndirmək üçün çağırış kimi hazırlanmışdı. COP31 Rəyasət Heyəti və nazirimiz tərəfindən dünyaya 6 qlobal iqlim hədəfi bəyan edildi",- deyə o əlavə edib.
Digər xəbərlər