NAXÇIVAN :

24 Aprel 2025, Cümə axşamı

Faktiki hava: Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir

...

Milli Hidrometeorologiya Xidmətinin aprelin 15-i saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

"Şərq qapısı" xəbər verir ki, Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Beyləqanda 26 (aylıq normanın 85 faizi), Füzulidə 24 (aylıq normanın 44 faizi), Zərdabda 21 (aylıq normanın 68 faizi), Qubada 20 (aylıq normanın 42 faizi), Göyçayda 19 (aylıq normanın 39 faizi), Kürdəmirdə 17 (aylıq normanın 49 faizi), Oğuzda 16, Ağstafada 15 (aylıq normanın 40 faizi), Tovuzda 14 (aylıq normanın 37 faizi), Sabirabadda 14 (aylıq normanın 44 faizi), Şabranda 13 (aylıq normanın 45 faizi), Xaltanda 17 (aylıq normanın 25 faizi), Gəncədə 10 (aylıq normanın 32 faizi), Şahdağda 10, İsmayıllıda 8, Lənkəranda 7, Ağdam, Cəlilabadda 6, Zaqatalada 5, Daşkəsən, Neftçalada 2 millimetrdir. Naxçıvan Muxtar Respublikası, Xocalı, Göygöl, Şəmkir, Şəki, Balakən, Qax, Qobustan, Qusar, Tərtər, Bərdə, Yevlax, İmişli, Hacıqabul, Biləsuvar, Mingəçevir və Yardımlıda da leysan xarakterli yağış müşahidə olunur. Bakıda və Abşeron yarımadasında isə 8 millimetrədək (aylıq normanın 33 faizi) təşkil edir.

Dağlıq ərazilərdə-Lerik, Qrız, Şahdağ, Kəlbəcər, Şuşa və Laçında isə qar yağır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 metr/saniyəyə çatıb. Dənizdə dalğanın hündürlüyü 2.4 metrdir.

Bakıda və Abşeron yarımadasında 11°, Naxçıvanda, eyni zamanda Aran rayonlarında 12°, dağlıq rayonlarda 6°-dək isti qeydə alınıb.

Nəşr edilib : 15.04.2025 17:21