Naxçıvanda avtomobil piyadanı vurub
17:33 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Xocavənd rayonu, Hadrut qəsəbəsi erməni işğalından azad ediləndən sonra burada genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunub və hazırda da bu istiqamətdə işlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 14-də qəsəbədə olub. 10 ailə, ümumilikdə, 41 nəfər öz dədə-baba yurdu Hadruta qayıdıb.
Evlərinə dönən hadrutlular sevinclərini “Şərq qapısı” qəzeti ilə bölüşüblər.
İslam Dadaşov 33 il məcburi köçkün kimi Mingəçevirdə yaşayıb. İndi isə o doğma yurduna qayıdıb: “Doğma yurdumuza qayıtmışıq, bundan gözəl nə ola bilər? İndi burada bizlər üçün yüksək dərəcədə şərait yaradılıb. Evlərimiz təmir olunub, yenidən inşa edilib. Bura bizim dədə-baba yurdumuzdur, sevincimizi sözlə ifadə edə bilmirik. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, indi onların ruhu şaddır. Prezidentimizə isə çox minnətdarıq bizə bu sevinci yaşatdığı üçün. "Dəmir yumruğ"u hər zaman möhkəm olsun”.
Digər Hadrut sakini isə bildirdi ki, Hadrut kəndi işğaldan azad olunduqdan sonra burada geniş miqyaslı bərpa-quruculuq işləri başlanıldı və bu işlər bütün Qarabağda davam etməkdədir: “Biz buranın çoxdandır ki, həsrətindəyik. Bu gün 30 il həsrətində qaldığımız torpaqlarımıza, dədə-baba yurdumuza qayıtmışıq. Uşaqlarımız bu torpaqlarda böyüyəcək. Cənab Prezidentimizə minnətdarlığımızı bildiririk. Onun ayağı dəyən yerlər cənnətə dönür. Dünən bizlərlə görüşərək hər birimizlə yaxından maraqlandı. Hər şeylə təmin olunmuşuq. Bizə bu sevinci, bu hissi yaşatdığına görə cənab İlham Əliyevə çox-çox minnətdarıq. Allah dövlətimizi, bayrağımızı, Prezidentimizi qorusun. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”
Digər xəbərlər