Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentindən "Şərq qapısı"na bildirilib ki, Naxçıvanın qış turizmi potensialının təbliğ olunması məqsədilə nüfuzlu beynəlxalq media platformalarından biri olan “Euronews” saytında Azərbaycanın turizm potensialına həsr olunmuş məqalədə Naxçıvan haqqında məlumata da xüsusi yer verilib.
“A winter’s tale in Azerbaijan: From thrilling slopes to serene forest trails” başlığı altında yerləşdirilən məqalədə “Nakhchivan: remote and untouched winter beauty” yarımbaşlıqla qədim diyarımızın unikal təbii gözəllikləri və müasir turizm imkanları haqqında məlumat əks olunub. Məlumatda deyilir: Gözlərdən uzaq və toxunulmamış qış gözəlliyi olan Naxçıvan zəngin irslə dolu bir qış təcrübəsi təqdim edir. Bu zəngin irs səfərlərinə başlamaq üçün Naxçıvan və ya orta əsr Ordubad şəhəri ideal başlanğıc nöqtələridir.
Məlumatda Şahbuz rayonunun digər bir turistik məkanı olan Kükü kəndi və Gurbulaq şəlaləsi haqqında da danışılıb. Kükü kəndinin il boyu səyahət və təbiətsevərləri cəlb etdiyi vurğulanıb. Xüsüsilə, kəndin qış mənzərələrinə diqqət yetirilib və bildirilib ki, ümumilikdə daha sakit bir qış istirahəti axtaran yürüş sevənlər üçün Naxçıvan gizli bir cənnətdir.
Digər xəbərlər