NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

Ermənistan XİN: Bakı ilə sülh müqaviləsinin razılaşdırılması üzrə görüşlərin intensivləşdirilməsində maraqlıyıq

...

Ermənistan sülh müqaviləsinin mətnini qısa müddətdə razılaşdırmaq üçün Azərbaycan tərəfi ilə görüşlərin intensivləşdirilməsində maraqlıdır.

"Şərq qapısı" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır.

"Nazirlər və ya dövlət başçıları səviyyəsində konkret razılaşma yoxdur. Ancaq Ermənistan tərəfi müqavilə mətninin razılaşdırılmasını qısa müddətdə başa çatdırmaq üçün görüşlərin intensivləşdirilməsində maraqlıdır", - V.Kostanyan qeyd edib.

Nəşr edilib : 07.11.2024 13:33