Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində Naxçıvan şəhərinin Tumbul kəndində “Qohum və erkən evliliklərin qanunvericilikdə qadağan olunması” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov mövzunun əhəmiyyətini və bu istiqamətdə maariflənmənin vacibliyini qeyd edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova erkən nikahların yaratdığı fəsadlardan və qadın sağlamlığına vurduğu ziyandan, eləcə də qohumlar arasında nikahın zərərlərindən danışıb. Bildirilib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzaların sərtləşdirilməsi gələcəkdə bu halların təkrarlanmamasına və sağlam nəslin formalaşmasına hesablanıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova Azərbaycan Respublikasında erkən evlilik və qohum nikahları ilə bağlı mövcud olan problemlərin qarşısının alınması məqsədilə Ailə, Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklərin təsdiq edilməsinin erkən və qohum nikahlarla bağlı ölkədə mövcud olan problemlərin qarşısının alınmasında mühüm rol oynayacağını qeyd edib. 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək dəyişikliklərdə nikahın bağlanmasına mane olan halların sayının artırıldığı-qan qohumları arasında bağlanan nikahların qadağan edildiyi, 16 yaşına çatmayanlarla nişanlananların 2 min manat cərimələnərək həbs olunacağı, yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlərin 13 min manatadək cərimələnəcəyi və digər sərt tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilib.
Sakinlərin maraqla qarşıladığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, maarifləndirici broşürlər paylanılıb.
Digər xəbərlər