Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
NAXÇIVAN :
05 Dekabr 2024, Cümə axşamı
2 dekabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi və 25 noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü çərçivəsində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Erkən nikah və erkən analıq qızların təhsil və sağlamlığını məhdudlaşdırır” mövzusunda tədbir keçirilib.
Birgə keçirilən tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov bildirib ki, erkən nikah və erkən analıq qadınların təhsil, sağlamlıq və məşğulluq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bütün bunlar da erkən nikaha məcbur edilən qadınların həyat keyfiyyəti və uşaqlarının həyatı üçün uzunmüddətli mənfi nəticələrə səbəb olur. Məhz bu istiqamətdə maarifləndirmə işinin aparılması böyük əhəmiyyət kəsb edir.
Təqdimatla çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Yaqut Abbaszadə erkən nikahın fəsadlarından danışıb. Bildirilib ki, erkən nikaha təhrik edilən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığı üçün həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Erkən yaşda ailə quran qızlar təhsildən də kənarda qalırlar. Təhsil həm psixoloji, həm sosioloji, həm də fiziki cəhətdən təsiredici amil kimi qiymətləndirilir. Buna görə də valideynlər öz övladlarını erkən nikaha sövq etməkdən çəkinməli, onların təhsillərini bitirmələrinə şərait yaratmalıdırlar. Sevindirici haldır ki, ölkə qanunvericiliyində erkən nikah hallarının qarşısının alınması ilə bağlı görüləcək hüquqi tədbirlər daha da sərtləşdirilir. Bu da, öz növbəsində, erkən nikahların qarşısının alınmasında müsbət rol oynayacaq.
101 nəfərin yararlandığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, maarifləndirici broşürlər paylanılıb.
Digər xəbərlər