Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıla...
21:23 17.04.2025
0
0
0
9 aprel 2025-ci il tarixdə Kəngərli rayon Xok kənd tam orta məktəbində “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər Səfərov tədbir iştirakçılarına tədbirin mahiyyəti barədə məlumat verib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Müşərrəf Bağırova təqdimatla çıxış edərək bildirib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzaların sərtləşdirilməsi gələcəkdə bu halların təkrarlanmamasına və sağlam nəslin formalaşmasına hesablanıb.
25 nəfərin iştirakı ilə keçirilən tədbirdə müvafiq mövzuda maarifləndirici broşürlər paylanılıb, posterlər kənd mərkəzi və məktəbin elan lövhələrinə yerləşdirilib. Daha sonra tədbir diskussiya şəklində davam etmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Digər xəbərlər