Naxçıvan Muxtar Respublikasında 24 noyabra gözləni...
00:11 24.11.2024
0
0
0
NAXÇIVAN :
24 Noyabr 2024, Bazar
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda tədbir keçirilib.
Erkən nikahın fəsadları və uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirici tədbir Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə baş tutub.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşları Nübar Səfərova və Ülvi Əliyev erkən nikahın uşaq hüquqlarını pozmasından və bu istiqamətdə maarifləndirmə işinin aparılmasından danışıblar.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Müşərrəf Bağırova bildirib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzaların sərtləşdirilməsi gələcəkdə bu halların təkrarlanmamasına və sağlam nəslin formalaşmasına hesablanıb.
Əsasən, yuxarı sinif şagirdlərinin cəlb edildiyi tədbirdə Şahbuz Rayon Təhsil Şöbəsinin əməkdaşı Qiymət Xələfli erkən yaşda ailə qurmağa məcbur edilən qızların təhsildən kənarda qaldığını qeyd edib.
Tədbirin sonunda iştirakçılara 20 ədəd maarifləndirici broşür paylanılıb.
Digər xəbərlər