NAXÇIVAN :

24 Iyun 2025, Çərşənbə axşamı

Ərdoğan və Tramp İsrail-İran gərginliyini müzakirə ediblər

...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

"Şərq qapısı" xəbər verir ki, liderlər İsrailin İrana hücumunu müzakirə ediblər.

Ərdoğan bildirib ki, Türkiyə gərginliyi yaxından izləyir.

Onun fikrincə, nüvə sazişi ilə bağlı müzakirələr problemin həlli üçün yeganə yoldur.

Türkiyə lideri əlavə edib ki, ölkəsi nəzarətdən çıxa biləcək bir gərginliyin qarşısının alınması üçün əlindən gələni etməyə hazırdır.

Dövlət başçıları həmçinin regional və qlobal məsələlər barədə danışıblar.

Nəşr edilib : 14.06.2025 23:31