NAXÇIVAN :

27 Iyul 2026, Bazar ertəsi

Ərdoğan və Tramp arasında ikitərəfli görüş keçirilir

...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş keçirilir.

"Şərq qapısı" xəbər verir ki, görüş Ankaradakı Prezident Sarayında baş tutur.

Türkiyə lideri Donald Trampı Ankarada qarşılamaqdan məmnunluğunu ifadə edib.

ABŞ lideri isə, öz növbəsində, Ərdoğanın bütün dünyada xüsusi hörmətə malik olduğunu deyib.

O, Türkiyənin güclü bir dövlət olduğunu vurğulayıb. Xüsusilə də R.T.Ərdoğanın rəhbərliyi ilə ölkənin hərbi müdafiə sənayesinin xeyli inkişaf etdiyini qeyd edib.

"İkitərəfli görüşümüz zamanı bir çox məsələləri müzakirə edəcəyik", - o əlavə edib.

Nəşr edilib : 07.07.2026 16:52