Ərdoğan NATO Baş katibi ilə Rusiya-Ukrayna müharib...
11:37 24.11.2024
0
0
0
Türkiyə Orta Dəhlizin səmərəli istifadəsi üçün Türk Dövlətləri Təşkilatının (TDT) xüsusi nümayəndəsi rolunda çıxış edə bilər.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən 11-ci TDT sammitində çıxışı zamanı bildirib.
Türkiyə lideri TDT ölkələri arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün nəqliyyat dəhlizlərinin, xüsusilə də Orta Dəhlizin istifadəsi və inkişafının vacibliyini vurğulayıb: "Şuşada keçirilən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev Orta Dəhlizin səmərəli istifadəsi üçün xüsusi nümayəndənin təyin edilməsi təklifini irəli sürüb".
R.Ərdoğan bu rol üçün Türkiyənin namizədliyini təklif etməyə hazır olduğunu vurğulayıb.
O xatırladıb ki, TDT üzvlərinin ümumi əhalisi 175 milyon nəfərdir və qarşılıqlı ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları səviyyəsindədir.
Digər xəbərlər