NAXÇIVAN :

18 Aprel 2025, Cümə

Ərdoğan DEM partiyası ilə "Terrorsuz Türkiyə" məqsədinə nail olmaqla bağlı prosesi müzakirə edir

...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) Van bölgəsi və İstanbul üzrə millət vəkillərini qəbul edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Prezident İqamətgahında Ərdoğanla millət vəkilləri Pervin Buldan və Sırrı Süreyya Öndər arasında görüş keçirilir.

Məlumata görə, görüşdə "Terrorsuz Türkiyə" məqsədinə nail olmaqla bağlı prosesin dəyərləndirilməsi gözlənilir.

Qəbulda Ədalət və İnkişaf Partiysının (AK Partiya) sədr müavini Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edir.

Nəşr edilib : 10.04.2025 15:29