Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-alil...
20:38 08.08.2026
0
0
0
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” adlanan tarixi bina əvvəlki görkəminə qaytarılır.
Hazırda binanın dam örtüyü tam yenilənib, elektrik xətləri çəkilib və əsas təmir-bərpa mərhələsinə başlanılıb. İşlərin növbətii ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Layihəyə əsasən bina tam şəkildə ilkin vəziyyətinə qaytarılacaq, mövcud ornamentlər bərpa olunacaq. Binada “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşlarının xidməti fəaliyyəti üçün iş otağı yaradılacaq. İki mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində ictimaiyyət üçün açıq kafe fəaliyyət göstərəcək. İkinci mərtəbədə inzibati otaqlar və geniş konfrans zalı yaradılacaq.
Digər xəbərlər