Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB...
19:10 11.09.2026
0
0
0
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “WTM Spotlight Riyadh 2026” beynəlxalq turizm sərgisində Azərbaycanın turizm imkanları təqdim olunub.
“Şərq qapısı” xəbər verir ki, sərgidə Bakının və Azərbaycanın regionlarının turizm potensialı, mədəni-tarixi irsi və müxtəlif turizm məhsulları barədə məlumat verilib.
Sərgidə Azərbaycanın sağlamlıq və tibbi turizm imkanları da təqdim olunub. İştirakçılara ölkənin turizm potensialını əks etdirən videoçarxlar və təqdimat materialları nümayiş etdirilib, tibbi xidmətlər və müalicə imkanları barədə məlumat verilib.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri və səfirliyin digər əməkdaşları ölkəmizin turizm imkanlarının təqdim edildiyi stendi ziyarət ediblər.
Digər xəbərlər