NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

...

Oktyabrın 30-da Əqli Mülkiyyət Agentliyi tərəfindən “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir.

"Şərq qapısı" xəbər verir ki, dəyirmi masanın açılış mərasimində Agentliyin sədri Kamran İmanov COP29 ərəfəsində keçirilən bu tədbirin əsas məqsədinin əqli mülkiyyətə əsaslanan innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərmək, təhlil etmək və innovasiyalara bu həyati məsələdə dəstək verməkdən ibarət olduğunu söyləyib: “Çünki kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq, insan cəmiyyəti “yaşıl” gələcək yaratmağa qadirdir”.

Müasir dünyada yaşıl innovasiya, yaşıl texnologiya, yaşıl patent, yaşıl enerji məsələlərinin aktuallığına diqqət çəkən Agentlik rəhbəri Qlobal İnnovasiya İndeksi üzrə hesabatlarda innovasiyaların enerji mənbəyi kimi vacib rolunun vurğulanmasının təsadüfi olmadığını söyləyib. Eyni zamanda, ildən-ilə dünyada iqlim dəyişikliklərinin, o cümlədən qasırğaların, daşqınların, quraqlıqların, meşə yanğınlarının təsirinin çox aydın hiss olunduğunu qeyd edib.

Kamran İmanov deyib: “Yaşıl gələcəyi arzulayan bəşər cəmiyyətini quranların ilk sıralarında ixtiraçılar və müəlliflər durur. Onlar ənənəvi texnologiyalara daha “təmiz” alternativlər yaratmaq üzərində çalışan insanlardır. Bu isə onu göstərir ki, davamlı milli innovasiya sistemlərinin yaradılmasına və səmərəli milli əqli mülkiyyət sistemlərinə əlçatanlığın təmin edilməsinə yönəlmiş səylər bundan sonra da davam etdirilməlidir.

Nəşr edilib : 30.10.2024 11:14