Elmi Cərrahiyyə Mərkəzindən dəvət olunan cərrahlar...
21:47 10.04.2025
0
0
0
NAXÇIVAN :
10 Aprel 2025, Cümə axşamı
Hazırkı dövrdə ölkəmizin beynəlxalq aləmdə rolunu gücləndirən, o cümlədən geosiyasi arenada təsirli vasitəyə çevirən əsas amillərdən biri enerji diplomatiyamızdır.
Öz siyasi-iqtisadi qüdrətini tam təmin edən Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Sirr deyil ki, bütün bunların fonunda ölkəmizə maraq artır, Azərbaycan beynəlxalq və regional əməkdaşlıq üfüqlərində vacib aktora çevrilir. Əlbəttə, dünyada davam edən, münaqişələr, təhdidlərə rəğmən ölkəmiz milli maraqlara söykənən xarici siyasətini uğurla həyata keçirir, iriçaplı iqtisadi layihələrini ustalıqla gerçəkləşdirə bilir.
Şübhəsiz ki, bu uğurlarımız Prezident İlham Əliyevin yürütdüyü mükəmməl siyasəti ilə ən yüksək səviyyədə davam edir. Məhz Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan təşəbbüslərin, beynəlxalq layihələrin müəllifi və fəal iştirakçısı kimi dünyanın diqqət mərkəzindədir.
11-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası və 3-cü Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin toplantısının məhz Bakıda keçirilməsi regional və qlobal enerji siyasətimizdəki strateji əhəmiyyəti bir daha bütün dünyaya bəyan etdi. Ölkə başçısı İlham Əliyevin konfrans zamanı səsləndirdiyi fikirlər, verdiyi mühüm mesajlar geosiyasi baxımdan böyük əhəmiyyət kəsb etdi. Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurasının fəaliyyətinə toxunaraq qeyd etdi ki, bu qurum artıq 11-ci dəfədir, Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır.
Dövlət başçımız əməkdaşlığın gücləndirilməsindən danışaraq enerji təhlükəsizliyinə sistemli yanaşmanın, eyni zamanda yaşıl gündəmin dövlət prioritetinə çevrilməsinin vacibliyini vurğuladı. Prezident çıxışında üç əsas məsələyə – yeni hasilat imkanlarına, Avropa ilə enerji əməkdaşlığına və bərpa olunan enerji sahəsinin inkişafına toxunaraq daha böyük addımların atılmağının zəruriliyini bildirdi.
Prezident İlham Əliyev Avropa Komissiyasının da etiraf etdiyi kimi, ölkəmizin enerji sahəsində etibarlı tərəfdaş olduğunu bəyan edərək bildirdi ki, Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Ölkəmiz Avropada qaz təchizatının coğrafiyasını birmənalı olaraq genişləndirmək niyyətindədir. Beləliklə, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları həm regional, həm də qlobal səviyyədə enerji təhlükəsizliyinin gücləndirilməsi üçün önəmli platforma kimi son dərəcə effektli alındı. Eyni zamanda enerji təhlükəsizliyi və enerji keçidi arasında uzlaşmanı gücləndirmək baxımından göstərilən uğurlu səylərin növbəti mühüm mərhələsi kimi yadda qaldı.
Cənab Prezidentin bildirdiyi kimi əminik ki, Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamaqda davam edəcəkdir. Təbii ki, belə mühüm toplantılar yalnız enerji təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etmək üçün deyil, eyni zamanda strateji tərəfdaşlığın və qarşılıqlı əlaqələrin inkişafı baxımından da böyük əhəmiyyət kəsb edir.
Xumar MƏMMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti
Digər xəbərlər