Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Naxçıvan Dövlət Universitetinin Enactus komandasının üzvləri “Şərq qapısı” qəzetində olublar. Gənclərlə keçirilən görüşdə əsas müzakirə mövzusu həyata keçirilən sosial və innovativ layihələrə media dəstəyinin göstərilməsi, bu sahədə qarşılıqlı əməkdaşlıq imkanları olub.
Redaksiya əməkdaşları ilə səmimi və işgüzar ab-havada keçən görüş zamanı Enactus komandasının nümayəndələri fəaliyyətləri, uğurları və qarşıya qoyduqları məqsədlərlə bağlı təqdimatla çıxış ediblər. Onlar bildiriblər ki, bu cür görüşlər və media ilə əlaqələrin gücləndirilməsi layihələrinin təsir dairəsini artırmaq baxımından olduqca vacibdir.
“Bugünkü qonaqlarımız ideyaları ilə seçilən, təşəbbüsləri ilə gələcəyə töhfə verən gənclər oldu. Onların cəmiyyətə fayda vermək əzmi və enerjisi gələcəyə olan inamımızı daha da artırır. Biz, “Şərq qapısı” olaraq belə təşəbbüslərə dəstək göstərməyi özümüzə borc bilirik”, – deyə görüş zamanı vurğulanıb.
Komanda üzvləri də redaksiya kollektivinə göstərilən diqqətə görə minnətdarlıq bildirərək bu görüşün onlarda ruh yüksəkliyi yaratdığını və gələcək əməkdaşlıq üçün motivasiya verdiyini qeyd ediblər.
Digər xəbərlər