NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Emin Əmrullayev: COP29 çərçivəsində nazirlik bir neçə istiqamətdə görüşlər keçirəcək

...

Elm və Təhsil Nazirliyi COP29 tədbirləri çərçivəsində bir neçə istiqamətdə görüşlər keçirəcək.

"Şərq qapısı" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bunlardan birincisi bu gün keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalıdır:

"Növbəti istiqamət qlobal əhəmiyyətə malik, COP29-un vacib miraslarından biri olacaq PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatlarında ilk dəfə olaraq ətraf mühit sağlamlığının ölçülməsi çərçivəsi Azərbaycan tərəfindən təklif olunub və aidiyyəti üzrə bu, bəyənilib".

"Noyabrın 18-də COP29 çərçivəsində Azərbaycanda keçiriləcək elm və təhsil nazirlərinin görüşündə növbəti PISA-larda oxu, riyaziyyat və təbiət elmləri ilə yanaşı, həmçinin ətraf mühit savadlılığının ölçülməsi bəşəriyyət üçün əlavə dəyər yaradacağına inanıram. Bütövlükdə insan davranışının dəyişilməsinə yönəlik təşəbbüslərdə iştirak etməkdən də olduqca məmnunuq", - E.Əmrullayev qeyd edib.

O vurğulayıb ki, ali təhsil müəssisələrinin də dayanıqlı inkişaf strategiyalarının tətbiqi sahəsində də beynəlxalq reytinq şirkətləri ilə COP29 çərçivəsində böyük əhəmiyyətli görüşlər də baş tutacaq.

Nəşr edilib : 24.10.2024 12:04