Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp...
19:09 16.07.2026
0
0
0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyası ilə görüş keçirilib.
Nazirlikdən bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Anna Bordonun başçılıq etdiyi missiya ilə görüşdə son illər ölkəmizdə həyata keçirilən sosial islahatların nəticələri barədə məlumat verib. Qeyd olunub ki, islahatların mühüm tərkib hissəsi kimi, pensiyalarda davamlı artım dinamikasına nail olunub, sığorta-pensiya sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Bildirilib ki, fərdi hesablarda qeydə alınmış pensiya kapitalları hər ilin əvvəlində artırılır. Həmçinin son illərdə əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsal infrastrukturunun qurulduğu, sosial ödənişlərin, o cümlədən pensiyaların proaktiv qaydada təyinatı mexanizmlərinin hazırda uğurla tətbiq edildiyi diqqətə çatdırılıb.
Görüşdə pensiya təminatı sistemində humanist yanaşmaların tətbiqi, sistemə əlçatanlığın artırılması istiqamətində görülən işlər, əmək bazarındakı inkişaf meyilləri və sosial sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi sahəsində əldə olunan müsbət nəticələr barədə də məlumat verilib.
Tərəflər arasında pensiya təminatı sisteminin inkişafı və bu sahədə proqnozların yenilənməsi ilə bağlı məlumat mübadiləsi üzrə gələcək əməkdaşlıq məsələləri də müzakirə olunub.
Digər xəbərlər