NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Əmək müqaviləsi işçini hansı hüquqlarla təmin edir?

...

Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi onların əmək münasibətlərinin hüquqi əsasını təşkil edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İşçi əmək müqaviləsi ilə çalışdıqda:

· qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əməkhaqqı almaq,

· sosial sığorta sistemində iştirak edərək gələcək pensiya hüququna malik olmaq

· sağlam və təhlükəsiz əmək şəraitində çalışmaq,

· ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadə etmək,

· iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqı almaq,

· icbari tibbi sığorta, işsizlikdən sığorta, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq və s. hüquqlara sahib olur.

Əmək müqaviləsi ilə işləməyən işçi isə qeyd olunan əmək və gələcək pensiya hüquqlarından məhrum olur. Əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində işçi və işəgötürən tərəfindən e-qaydada imzalandıqda hüquqi qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən 21 avqust - 21 sentyabr tarixləri “Sülh Aylığı” elan edilib. Bununla bağlı edilən müraciətdə insan hüquqlarının müdafiəsinə, hüquqi maarifləndirməyə, ictimai həmrəyliyin və qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş hər bir təşəbbüs davamlı sülhə qoyulan sərmayə olduğu bildirilir.

Nəşr edilib : 08.09.2026 11:48