NAXÇIVAN :

13 Iyun 2025, Cümə

"Əmək münasibətlərində sənədləşmə qaydaları" mövzusunda regional təlim keçirilib

...

Naxçıvan Təlim Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən regionlarda həyata keçirilən maarifləndirici sessiyalar uğurla davam etdirilir. Növbəti təlim 11 iyun 2025-ci il tarixində Kəngərli rayonunda təşkil olunub. Təlimin əsas mövzusu “Əmək münasibətlərində sənədləşmə qaydaları” olub və bu çərçivədə əmək qanunvericiliyinə dair aktual hüquqi yeniliklərə xüsusi diqqət yetirilib.

Kəngərli rayonunda fəaliyyət göstərən müxtəlif dövlət qurumlarını təmsil edən 24 əməkdaşın iştirakı ilə keçirilən təlim interaktiv diskussiya formatında baş tutub. Sessiya ərzində konkret praktiki nümunələr və real iş situasiyaları əsasında mövzu geniş şəkildə izah olunub.

Təlim zamanı əmək müqavilələrinin tərtib olunması, dəyişdirilməsi və xitam verilməsi qaydaları, işəgötürən və işçi öhdəlikləri, inzibati məsuliyyətlər, habelə əmək münasibətlərində hüquqi risklərin azaldılması yolları ətraflı şəkildə müzakirə olunub.

Nəşr edilib : 11.06.2025 16:23