NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Elxan Nəcəfov: “Konfransda verilən mesajlar, göstərilən təqdimatlar növbəti tədris ilində əsas yol xəritəsi olacaq”

...

Bildiyimiz kimi, sentyabr konfransı hər il keçirilir. Və bu konfransda təhsildə prioritet məsələlər müəssisə rəhbərləri, təhsil işçilərinin diqqətinə çatdırılır. Eyni zamanda ötən tədris illərinin nəticələri təhlil olunur. Biz də bu gün muxtar respublikada ötən tədris ilində şagird nailiyyətləri, tədrisin təşkili, müəllimlərin peşəkar bacarıqlarının artırılması və müxtəlif istiqamətlərdə təhlilləri diqqətə çatdırdıq.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən təhsil işçilərinin sentyabr konfransından sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov jurnalistlərə müsahibəsində söyləyib. 
Nazir deyib:  “Konfransda ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda yer alan görüləcək işlər də təhlil edildi və bu istiqamətdə qarşıda duran vəzifələr konfrans iştirakçılarına bildirildi. Düşünürəm ki, bu konfransda verilən mesajlar, göstərilən təqdimatlar təhsil işçiləri üçün növbəti tədris ilində əsas yol xəritəsi olacaq. Fürsətdən istifadə edib bütün müəllim və şagirdlərə qarşıdan gələn tədris ilində uğurlar arzulayıram”.

Nəşr edilib : 10.09.2024 14:16