NAXÇIVAN :

09 May 2025, Cümə

Elxan Elatlı: “Mən gəzdiyim bölgələrdə də hər zaman qeyd etmişəm ki, Naxçıvanda kitaba və yazıçıya xüsusi hörmət var”

...

Bu sözləri "Şərq qapısı"na müsahibəsində tanınmış yazıçı Elxan Elatlı söyləyib. Məşhur yazıçı bildirib ki, artıq dördüncü dəfədir ki, Naxçıvana səfər edirəm. Bu qədim diyarı hər səfərimdə daha yaxından tanımağa çalışır və hər dəfə buradan xoş təəssüratlarla ayrılıram. Budəfəki səfərim zamanı, şəhərin bir sıra görməli yerlərində olub və Naxçıvan sakinlərinin mehribanlığına, qonaqpərvərliyinə bir daha şahidlik etdim. Müsahibimiz qeyd etdi ki,  Xan sarayını ziyarət edərkən orada mənə hədiyyə təqdim olunması bu səfərin yaddaqalan anlarından biri oldu.  Çünki naxçıvanlılar hər zaman sənət adamlarına, xüsusilə yazıçılara  böyük hörmət göstərir.  
Yazıçı, bu gün keçirilən kitab festivalı haqqında  da fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu cür tədbirlər cəmiyyətin mədəni səviyyəsini göstərir və burada iştirak edənlər – elmə, ədəbiyyata, kitaba dəyər verən ziyalılardır:
“Bu tədbirin keçirilməsi çox sevindirici haldır. Çünki buraya üz tutan insanlar kitabı sevən, ziyalı təbəqədən olan şəxslərdir. Mən gəzdiyim bölgələrdə də hər zaman qeyd etmişəm ki, Naxçıvanda kitaba və yazıçıya xüsusi hörmət var. Burada kitab oxuyanların sayı çoxdur və bu, sevindirici bir göstəricidir”.
Elxan Elatlı qeyd etdi ki, belə tədbirlərin tez-tez keçirilməsini arzulayıram. Çünki bu mənə naxçıvanlı oxucularımla daha çox görüşmək imkanı yaradır. 
Yazıçının sözləri bir daha sübut edir ki, Naxçıvan təkcə tarixi və təbiəti ilə deyil, eyni zamanda kitabsevər insanları ilə də seçilir.


Bülbül Quliyeva

Nəşr edilib : 09.05.2025 12:36