NAXÇIVAN :

28 Noyabr 2024, Cümə axşamı

Elnur Soltanov: COP29-da hər kəsə atəşkəsə riayət olunması ilə bağlı çağırış edəcəyik

...

COP29-da hər kəsə atəşkəsə riayət olunması ilə bağlı çağırış edəcəyik.

Bunu Azərbaycanın energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və GLOBSEC2024-ün birgə təşkilatçılığı ilə "COP29 və yaşıl üfüqlər: İqlim dəyişikliyinin idarə edilməsi" mövzusunda keçirilən paneldə deyib.

The VONA & The Tide təhsil və məşvərət platformasının təsisçisi Sofia Şevçukun (Sofiia Shevchuk)un moderatorluğu ilə keçirilən paneldə iqlim dəyişmələrinə qarşı fəaliyyətlərin və dünyada yaşana biləcək arzuolunmaz ssenarilərin qarşısının alınması üçün regionlarası əməkdaşlığın vacibliyi vurğulanıb.

E.Soltanov indiyədək Azərbaycan tərəfindən danışıqlar və praktiki addımlar istiqamətləri üzrə görülən işlər barədə məlumat verib. Nazir müavini daha sonra Azərbaycanın irəli sürdüyü 14 təşəbbüs barədə danışaraq qeyd edib ki, onlardan 3-ü maliyyə məsələləri ilə bağlıdır, 4-5 bənd isə özündə enerji və "yaşıl" keçid məsələlərini ehtiva edir.

COP29-un baş icraçı direktoru həmçinin bildirib ki, builki COP29 atəşkəs dövrü olacaq.

"Bizim COP atəşkəsi kimi ideyamız mövcuddur. Biz hər kəsə atəşkəsə riayət olunması ilə bağlı çağırış edəcəyik. Çünki bir saatlıq olsa da, atəşkəs bizim üçün vacibdir. Müharibələr istixana qazlarının əsas mənbəyidir",- deyə o əlavə edib.

Su çatışmazlığı sahəsində vəziyyətin digər iqlim məsələləri müqayisədə daha çox narahatlıq yaratdığını da deyən E. Soltanov bunun kənd təsərrüfatı, qida sistemləri, turizm və digər sahələrə də mənfi təsirlərini diqqətə çatdırıb.

İqlim dəyişikliyi ilə mübarizə sahəsində maliyyə vasitələrinin əhəmiyyətini qeyd edən nazir müavini Azərbaycanın bütün tərəflərlə ikitərəfli, üçtərəfli, çoxtərəfli və hökumətlərarası səviyyələrdə əməkdaşlıq etdiyini vurğulayıb.

Nəşr edilib : 01.09.2024 15:50