Türkiyə MN: “Tək ürək, tək bilək, tək yumruq” olar...
21:30 16.01.2025
0
0
0
Naxçıvana səyahət edən alman fotoqraf Klaus Vegel ilk Əlincə qalasını lentə alıb: “Biz ora çatanda çən qalanın zirvəsinə yatmışdı. Çox maraqlı bir görüntü var idi. Zirvəyə qalxdım, hava açıldıqca, gördüyüm gözəllik qarşısında heyran qaldım. Peruda yerləşən Maçu-Pikçuda olmuşam. Bənzərliyi olsa da, Əlincə qala daha möhtəşəmdir.
Nuh peyğəmbərin məzarının burada olmasını eşidəndə təəccübləndim. Bu, mənimçün tapıntı oldu. Möminə Xatın, Qarabağlar türbəsində, Xan sarayında, Duzdağda oldum. Çox təəssüflənirəm ki, Naxçıvanın məşhur Batabatını və Ordubadı görməyə vaxtım yetmədi. Novruz adət-ənənələrinizi görmək və göstərmək üçün növbəti səfərimi mart ayına planlamışam”.
Rafiq TƏHMƏZ
Digər xəbərlər