Prezident İlham Əliyev: Azərbaycan və Çin bir-biri...
13:08 26.04.2025
0
0
0
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bir neçə yerli əhəmiyyətli avtomobil yollarında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub ki, bunlardan biri də Əliabad qəsəbədaxili avtomobil yoludur. Hazırda uzunluğu 9,6 kilometr olan Əliabad qəsəbədaxili avtomobil yolunda əsaslı təmir işləri həyata keçirilir. Əsas məqsəd vətəndaşların rahat hərəkətini təmin etməkdir.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Əli İbrahimbəyli deyib.
O qeyd edib ki, artıq yolun 3 kilometrlik hissəsinə ikinci qat asfalt verilib, yol çiyinlərində torpaq işləri həyata keçirilir.
“Onu da qeyd edim ki, yolda yağış sularını kənarlaşdırmaq üçün beton su kanalları və su keçidləri quraşdırılıb. İşlərin qısa bir zamanda yekunlaşması üçün agentliyin xüsusi texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub. İşlər yekunlaşdıqdan sonra vətəndaşlar tam rahat şəkildə bu yoldan istifadə edə biləcəklər”, – deyə agentliyin rəsmisi əlavə edib.
Digər xəbərlər