NAXÇIVAN :

05 Yanvar 2025, Bazar

Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

...

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çetinye şəhərində törədilmiş silahlı hücum ilə bağlı Monteneqronun Baş naziri Miloyko Spaiçə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetindən bildirilib.
Ə.Əsədov hadisə nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərindən kədərləndiyini bildirib, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Nəşr edilib : 02.01.2025 18:25