NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Elbrus İsayev: “Naxçıvandan başlanan 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün məhsuldar dövr olub”

...

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Naxçıvan Dövlət Universitetinin birgə  təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının yaranmasının 15-ci il dönümünə həsr olunmuş konfrans keçirilir. Burada Türkiyə Cümhuriyyəti ilə bərabər digər türk dilli dövlətlərin nümayəndələri, alim və təqdiqatçılar, siyasətçilər müxtəlif panelərdə Türk dünyasının problemlərinə həsr olunan müzakirələr aparacaqlar. Bildiyimiz kimi, 2009-cu ildə Türk Dövlətləri Təşkilatı Naxçıvanda təsis olunub. Burada imzalanmış Naxçıvan sazişi 15 il ərzində Türk dövlətləri təşkilatının formalaşmasında əsas rol oynayıb. 
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü münasibətilə “Naxçıvan Müqaviləsinin 15-ci İldönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda keçirilən tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib.
Rektor qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu sazişin Naxçıvanda imzalanması tarixi hadisəyə çevrilib.  Artıq inkişaf edən, hər sahədə səmərəli əməkdaşlıq platforması yaradan Türk dövlətlərinin və Türk Dövlətləri Təşkilatının müxtəlif sahələrdə inkişaf perspektivlərinin  ümumi faktlarla müzakirəsi universitetin auditoriyası üçün kifayət qədər maraqlıdır: “Bilirsiz, universitetimizdə bu sahələr üzrə kadr hazırlığı aparılır. Eyni zamanda elmi-təqdiqat mərkəzləri, kafedralar fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetinin təqdimatçılarının, eyni zamanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xətti ilə olan  məruzələr bu günün anlamını ifadə etmək baxımından kifayət qədər aktualdır. Çünki Naxçıvandan başlanan 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün məhsuldar dövr olub. Bu  illər ərzində bizim suverenliyimiz bərpa edilib.  Həm işğaldan azad olunmuş  torpaqlarda bizim zəfərimizin rəmzi olan  xarıbülbülün Türk dünyasının zəfər simvoluna çevrilməsi, həm də türk dövlətlərinin bu məsələdə göstərdiyi səylər bugünkü müzakirələdə öz yerini alacaq”.
“Naxçıvan mövzusu hər zaman aktual mövzulardan biri olub. Xüsusilə Türk dünyası üçün aktualdır. Heç təsadüfi deyil ki, Naxçıvan “Türkün qapısı” adlandırılır.  Naxçıvan geocoğrafi strateji əhəmiyyəti ilə Türk dünyası üçün hər zaman maraqlı olub.  Bu gün də maraqlıdı. Ulu Öndərimiz Heydər Əliyev  bu məsələdə həmişə Naxçıvanın mövqeyinə xüsusi əhəmiyyət verib. Prezidentin müəyyənləşdirdiyi prioritetlər içərisində Türk dünyasına  üstünlüyün verilməsi, bu siyasətdə Naxçıvanın yerli mövqeyinin  müəyyənləşməsi aktualdır. Türk dünyasının coğrafi tamlığı və nəqliyyat kommunikasiya imkanlarının genişlənən, perspektivlənən layihə kimi  görürük. Bu baxımdan Naxçıvanın Türk dünyasının bütövlüyündəki, Türk-İslam mədəniyyətinin daşıdığı coğrafiya kimi əhəmiyyəti bugünkü panel müzakirələrin əsas mövzusudur. Hesab edirəm ki, müzakirələr içərisində Naxçıvana  geniş yerin ayrılması təsadüfi deyil. Bu tarixi, siyasi, coğrafi aspektlərlə bağlı məsələdir”, – deyə Elbrus İsayev əlavə edib.


Nail ƏSGƏROV

Nəşr edilib : 03.10.2024 12:24