Bu gün müəllimlərin sertifikasiya imtahanında 97 f...
21:07 24.06.2025
0
0
0
NAXÇIVAN :
25 Iyun 2025, Çərşənbə
Tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən dövlət gənclər siyasətindən bəhs edib, sabahımız olan gənclərin əsas prioritetlərdən biri olaraq xüsusi diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Məzunları təbrik edən rektor Elbrus İsayev deyib: “Yarım əsr yaşı olan Naxçıvan Dövlət Universiteti zəngin inkişaf yolu keçib. 1967-ci ildə cəmi 3 ştatda olan müəllim, 3 ixtisas, 102 tələbə ilə fəaliyyətə başlayıb. Bu gün isə ölkədə yeganə kampuslu universitet olub. 108 hektarlıq ərazidə 10 fakültə, 45 kafedra, 524 nəfərlik professor-müəllim heyəti,12 minə yaxın tələbə kontingenti ilə fəaliyyət göstərir. NDU nəzdində 3 kollec, 1 Beynəlxalq Kembric Məktəbi və 1 İngilis dili Təmayüllü Gimnaziya, 2 tədqiqat institutu, 1 rəsədxana var. Müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsi kimi muxtar respublikada yeganə universitet olaraq 4 istiqamətdə 250-yə yaxın proqram üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayır. Universitetin inkişaf strategiyasında elmin inkişafını dəstəkləyən hədəflər müəyyənləşdirilib, Azərbaycan dili ilə yanaşı, tədrisi ingilis dilində olan ixtisaslar açılıb, beynəlxalq əməkdaşlıqlar gücləndirilib”.
Rektor Elbrus İsayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn və xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili yönündə NDU-nun icra olunan fəaliyyətləri çərçivəsində ikili diplom layihələri icra edilir, tədrisə, tədqiqata cəlb edilən əcnəbi professor sayı davamlı artır və birgə elmi tədqiqatlar həyata keçirilir. Universitetdə tələbəyönümlü təhsil sistemi tətbiq edilir, dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələr qurulur, 15 ölkədən 2000-ə yaxın əcnəbi tələbə ilə ölkə universitetləri arasında ön sırada qərarlaşır.
Naxçıvan Dövlət Universitetinin tələbələrinin təhsil göstəriciləri ilə yanaşı, elmi fəaliyyətləri, startap təşəbbüsləri, könüllülük və ictimai fəallıqları ilə də fərqləndiyini qeyd edən rektor, onların beynəlxalq konfranslarda, tələbə təşkilatlarında, sosial layihələrdə qazandıqları uğurlardan söz açıb. Elbrus İsayev qeyd edib ki, bu il NDU nəzdində olan təhsil müəssisələri ilə birgə, ümumilikdə, 2313 nəfər məzun təhsilini uğurla başa vurur. Bu göstərici 2024-cü ilin göstəricisindən 5% artıqdır və NDU tarixində təhsil ocağının ən çox məzun verdiyi il olaraq tarixə düşür. Eyni zamanda son 5 ilin göstəricilərinin təhlilinə əsasən universitet məzunlarının 73%-i əmək bazarında ixtisaslarına uyğun vəzifələrdə çalışırlar. Tələbələrin qazandığı uğurların universitetin inkişaf strategiyasının ən böyük göstəricisi olduğunu qeyd edən rektor məzunlara yüksəkixtisaslı mütəxəssislər, ölkəmizin böyük ümidlər bəslədiyi gənclər, layiqli vətəndaşlar olmağı arzu edib.
Digər xəbərlər