NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Albaniyanın ətraf mühit və turizm naziri ilə COP29-a hazırlıq müzakirə edilib

...

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının ətraf mühit və turizm naziri xanım Mirela Kumbaro ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri, bioloji müxtəlifliyin qorunması sahəsində cari və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 10.06.2024 19:31