NAXÇIVAN :

02 May 2026, Şənbə

Ehtiyac meyarı artır

...

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.

"Şərq qapısı"nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Beləliklə, gələn il üçün ehtiyac meyarı 15 manat artırılacaq.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Nəşr edilib : 20.11.2025 16:51