Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarında olan işlərin icra vəziyyətinə, həmçinin qanunvericiliyin və kargüzarlığın tələblərinə əməl edilməsinə dair monitorinqin ( 6-25 sentyabr 2024-cü il tarixlərdə) nəticələrinə dair nazir vəzifələrini müvəqqəti icra edən, ədliyyə nazirinin müavini cənab Hüseyn Səfərovun sədrliyi ilə nazirlikdə iclas keçirilib.
İclası giriş sözü ilə açan nazir müavini qeyd edib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi və etibarlı müdafiəsi baxımından mühüm və əhəmiyyətli sahələrdən biri də məhkəmə və digər orqanların qərarlarının vaxtında və düzgün icra olunmasıdır. Bu qərarların vaxtında və tam icra olunması həm də ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasının vacib şərtlərindəndir. Məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində iş yükünü nəzərə alaraq icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər həyata keçirilir, qanunvericilik bazası təkmilləşdirilir. İcra və probasiya sahəsində görülən işlərin mütəmadi təhlil olunması, mövcud nöqsan və çatışmazlıqların geniş müzakirə edilməsi, icra məmurlarının fəaliyyətinin qanunçuluq, şəffaflıq və aşkarlıq prinsipi əsasında qurulması, vətəndaşların müraciətlərinə xüsusi diqqət və qayğı ilə yanaşılması, neqativ halların aradan qaldırılması diqqət mərkəzində saxlanılır.
Nazirliyin İcra və probasiya şöbəsinin rəisi İntiqam Vəliyev yerli icra və probasiya qurumlarının icraatında olan işlərin icra vəziyyətinə yerində nəzarətin həyata keçirilməsi, həmin işlərə diqqətin daha da artırılması məqsədilə, eləcə də icraat zamanı qanunvericilik normalarının və kargüzarlığın tələblərinə düzgün riayət olunması məqsədilə nazirliyin İcra və probasiya şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalara dair məlumat verib.
Sonra icra və probasiya qurumlarının rəhbərləri və icra məmurları tərəfindən icraat zamanı yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə həyata keçiriləcək tədbirlərə, bununla əlaqədar olaraq icra məmurlarının üzərinə düşən öhdəliklərə, həmçinin yeni alternativ icra mexanizmlərinə dair müzakirələr aparılıb.
Nazir müavini iclasa yekun vuraraq icra məmurlarına tapşırıqlarını çatdırıb. Hər bir icra sənədinin icrası zamanı kargüzarlıq normalarının düzgün tətbiqinə diqqət edilməsi, əvvəlki illərdə yol verilmiş nöqsanların aradan qaldırılması, borclular barəsində görüləcək tədbirlər zamanı sənədləşmə işlərinin tam aparılması, icra sənədləri üzrə tərəflərlə ünsiyyətdə icra məmurlarının səbirli və təmkinli olması, ədliyyə orqanları işçisinin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmələri xüsusi vurğulanıb. Qeyd olunub ki, icraata daxil olan sənədlərin sayının ilbəil artması işlərə diqqətin artırılmasında, habelə onların icra olunmasında müəyyən çətinliklər yaradır. Məhz bu çətinliklərin aradan qaldırılması məqsədilə müasir icra mexanizmlərinin tətbiqi məsələsinə diqqət yetirilməli, işlərin icrası ilə əlaqədar “Elektron icra” informasiya sistemində mütəmadi olaraq məlumatlar yoxlanılmalı, icraat zamanı tərtib edilmiş qərar nümunələri vahid formada hazırlanmalıdır.
Digər xəbərlər