Naxçıvan Dövlət Kukla Teatrı Türkiyəyə geniş qastr...
13:19 09.05.2026
0
0
0
NAXÇIVAN :
09 May 2026, Şənbə
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi şəxsiyyətlərdəndir. Müasir Azərbaycan dövlətinin ötən illər ərzində ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatının bütün sahə və istiqamətləri üzrə dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Heydər Əliyev xalqımızı tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə həmişə öz xalqının yanında olmuşdur. Azərbaycan tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa məhəbbətdir. Məhz bu keyfiyyətlərinə görə Heydər Əliyev xalqımızın qəlbində əbədi məskən salıb. Onun qurduğu dövlət indi qalib dövlətdir və bu dövlətin dəmir yumruğu yeni reallıqlar yaradıb.
“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, – deyən Heydər Əliyev bütün mənalı ömrü boyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışıb. Dahi Liderin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Tarix sübut etdi ki, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə qarşıya çıxan neçə-neçə qorxunc təhlükəni sovuşdurmağa, keçilməz maneələri belə dəf etməyə qadirdir. Məhz xalqın öz dahi lideri ilə birliyi, həmrəyliyi sayəsində müstəqilliyimiz əbədi oldu, ölkəmiz davamlı inkişaf yoluna çıxdı.
Dahi şəxsiyyət Heydər Əliyevin böyük və mənalı ömrünün Naxçıvanda keçən 3 ili ərzində görülən işlər müstəqil dövlətimizin qurulmasına yönəldilmiş strategiyanın tərkib hissəsi idi. Onun 1990-1993-cü illərdə Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi həm milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə nəticələnmiş, həm də muxtar respublikamız işğal təhlükəsindən qorunmuşdur. 1990-cı ilin noyabr ayında dahi şəxsiyyət Heydər Əliyevin Sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında qəbul olunan tarixi qərarlar müstəqil dövlətçiliyin konseptual əsaslarının yaradılmasına hesablanmışdı. Görkəmli dövlət xadiminin doğulub boya-başa çatdığı Naxçıvana dönüşü tarixi zərurət idi. Azərbaycan Respublikasının Prezidenti İlhаm Əliyev bununla bağlı demişdir: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda ovaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
Azərbaycan tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa məhəbbətdir. Məhz bu keyfiyyətlərinə görə Heydər Əliyev xalqımızın qəlbində əbədi məskən salıb. Onun qurduğu dövlət indi qalib dövlətdir və bu dövlətin “dəmir yumruğ”u yeni reallıqlar yaradıb. “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, – deyən Heydər Əliyev bütün mənalı ömrü boyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışıb. Dahi liderin xidmətləri sayəsində dövlətçilik, Azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Ümummilli Lider Heydər Əliyev öz fəaliyyəti ilə vətənpərvər cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəlib. Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad edib, xalqımız tarixi hədəflərinə qovuşub, Vətənimiz bütövləşib. Bununla da “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” - deyən Ulu Öndərin ən böyük arzularından biri də həyata keçib, Azərbaycanın ərazi bütövlüyü təmin olunub.
Azərbaycan Vətən müharibəsində tarixi qələbə qazandıqdan sonra Ulu Öndərin ərazi bütövlüyümüz, suverenliyimiz və sərhədlərimizin toxunulmazlığının təminatı ilə bağlı arzuları tam reallaşdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi. Tam əminik ki, bu gün Ulu Öndərin ruhu şaddır. Bu gün işğaldan azad olunmuş yurdlarımızda genişmiqyaslı quruculuq layihələri başlanılıb. Erməni vandallarının, təxminən, 30 ilə yaxın müddətdə Yer üzündən silməyə çalışdıqları şəhər və kəndlərimiz, tarixi, maddi mədəniyyət abidələrimiz yenidən həyata qaytarılır. Qarabağda XXI əsrin “ağıllı şəhər”ləri, “ağıllı kənd”ləri tikilir. Yeni yollar salınır, körpülər tikilir, su elektrik stansiyaları istifadəyə verilir, beynəlxalq hava limanları açılır, yeni yaşayış binalarının təməlləri qoyulur, nəhəng layihələr gerçəkləşdirilir.
Azərbaycan dövlətini labüd fəlakətlərdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət Heydər Əliyev müstəqilliyimizi qoruyub əbədiləşdirdiyi kimi, xalqımızın xoşbəxt və firavan gələcəyini də təmin etmişdir. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Bu siyasi xəttin uğurlu davamının nəticəsidir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf edir, quruculuq obyektlərinin sayı günbəgün artır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əldə olunan uğurların Heydər Əliyev yolunun davamı olduğunu bildirərək demişdir: “Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır”.
Şəhla ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər