NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

DYPİ-nin əməkdaşı: "Yeni qaydalar Naxçıvan şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət edir"

...

Naxçıvan şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə də yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eyni zamanda nəqliyyat sıxlığının aradan qaldırılması üçün şəhərə giriş, şəhərdaxili hərəkət məhdudlaşdırılıb.
Bu barədə "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Ayaz İsmayılov deyib.
O qeyd edib ki, şəhərdaxili icazə verilən maksimum kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7 radələrindən axşam saat 8 radələrinə hərəkəti qadağan olunub. Bunun üçün Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə müvafiq məlumatverici, eləcə də qadağanedici yol nişanları quraşdırılıb. 
"Dövlət Yol Polisi olaraq yükdaşıma fəaliyyəti həyata keçirən və bu istiqamətdə çalışan həm fiziki, həm hüquqi şəxslərdən tələbimiz odur ki, yükdaşıma fəaliyyətlərini qeyd olunan şərtlər daxilində həyata keçirsinlər" deyə Ayaz İsmayılov əlavə edib.

Nəşr edilib : 14.10.2024 21:10