NAXÇIVAN :

25 Yanvar 2025, Şənbə

Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

...

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib.

"Şərq qapısı" xəbər verir ki, xidmətdən verilən məlumata görə, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.

Daha sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Nəşr edilib : 20.01.2025 12:50