Naxçıvanda 1 milyonuncu sərnişin seçilib
20:10 08.10.2026
0
0
0
NAXÇIVAN :
08 Oktyabr 2026, Cümə axşamı
Dünya şöhrətli MTP (Most Traveled People) klubunun təsisçisi Charles Veley rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan dünya səyyahları Xocavənd, Şuşa və Xankəndidən sonra Ağdama gəliblər.
"Şərq qapısı" xəbər verir ki, 13 ölkədən 40 nəfərlik səyyah qrupu əvvəlcə Ağdam şəhər Cümə məscidi ilə tanış olub.
Prezidentin Xüsusi nümayəndəliyinin əməkdaşı onlara məscid haqqında məlumat verib. Bildirilib ki, 1868-1870-ci illərdə inşa edilmiş məscid də işğal dövründə digər tarixi-dini abidələr kimi vandalizmə məruz qalıb. Ağdam şəhəri işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.
Sonra Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi ilə tanış olan səyyahlara tarixi məkan haqqında məlumat verilib. Bildirilib ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.
Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq və türbələr də erməni vandalizminə məruz qalıb. İşğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib. Kompleks nəinki Qarabağın, eləcə də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən biridir.
Səyyahlar Ağdam şəhərinin dağıntılarına və yeni inşa olunan yaşayış binalarına da baxıblar. Onlara Ağdam işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri barədə məlumat verilib.
Bu, dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir. Belə səfərlər səyyahlara işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə yerində tanış olmağa imkan yaradır.
Digər xəbərlər