NAXÇIVAN :

03 Fevral 2025, Bazar ertəsi

"Dövlət satınalmaları və tətbiqetmə" təlimlərinə start verildi

...

Naxçıvan Təlim Mərkəzi 2025-ci il üçün nəzərdə tutulan zəruri təlimlər planı çərçivəsində 3 fevral tarixdən "Dövlət satınalmaları və tətbiqetmə" mövzusunda təlimlərə start verib. 
Müvafiq sahə ilə bağlı ilk təlimdə Naxçıvan Tibb Müəssisələrinin İdarəetmə Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və onların struktur qurumlarının satınalma üzrə məsul əməkdaşları iştirak edirlər.
Əvvəlcə Naxçıvan Təlim Mərkəzinin əməkdaşı Ümid Qurbanov çıxış edərək bildirib ki, təlimin əsas məqsədi dövlət satınalma proseslərinin effektiv idarə edilməsi, şəffaflığın artırılması və hüquqi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsidir. Təlimin intensiv qrafiklə təşkil ediləcəyini vurğulayan Ümid Qurbanov təlimlərin məzmununun daha da təkmilləşdirilməsi və praktiki məşğələlərin artırılması istiqamətində işlər aparıldığını, iştirakçılardan toplanan rəy sorğularına və geri bildirimlərə əsasən dəyişikliklərin tətbiq olunacağını vurğulayıb. 
Qeyd edək ki, "Dövlət satınalmaları və tətbiqetmə" mövzusunda Yağmur Meydanzadənin təlimçiliyi ilə keçirilən təlimdə iştirakçılara dövlət satınalmalarının hüquqi və institusional çərçivəsi, rəqabətli prosedurların tətbiqi, müqavilə idarəetməsi, şəffaflıq və korrupsiyaya qarşı mübarizə prinsipləri, şərtlər toplusu kimi mövzuların ətraflı izahı nəzərdə tutulub. Təlimin nəzəri və praktiki hissələrdən ibarət olması iştirakçılara mövzunu mükəmməl qavramağa və real nümunələr üzərindən öyrənməyə imkan yaradır.
Bu tip təlimlərin təşkil olunması dövlət satınalmalarının şəffaflığını və effektivliyini artırmaqla yanaşı, həm də dövlət büdcəsindən istifadənin səmərəliliyinin artırılması və ondan istifadənin maksimum səviyyəsini həyata keçirməyə təkan verəcək.

Nəşr edilib : 03.02.2025 16:41